12 Ocak 2016 Salı

BƏDİİ DİL VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

Bədii ədəbiyyat söz sənətidir. Söz isə bədii dilin spesifik mövcudiyyət forması, tikinti materialıdır. Rənglər, onun spesifık çalarları olmadan rəssamlığı təsəvvür etməyin qeyri-mümkünlüyü kimi, bədii sözsüz də ədəbiyyat təsəvvürə gəlmir.
Ədəbi dilsiz heç bir bədii əsərdən söhbət belə gedə bilməz. Bədii dil ümumxalq dili əsasında formalaşsa da, onun sərt qayda-qanunlarına riayət etsə də, ümumxalq dilindən fərqlənir. Canlı danışıq dili hələ işlənməmiş, ədəbı təhlil süzgəcindən keçirilməmiş, cilalanmamış, "çiy" olduğu halda, ədəbi dil müəyyən elmi-ədəbi qayda-qanunlar əsasında möhkəm işlənmiş, təmizlənmiş, dürüstləşdirilmiş bir dildir.
Ədəbi dil o qədər rəngarəngdir ki, hətta müxtəlif üsluba malik hər bir sənətkarın özünəməxsus bədii dili vardır. Bədii dil həm fikrin ifadə vasitəsi, həm də sənətkarın üslubunu formalaşdıran bir vasitədir. Bədii dil ümumxalq dilinin ən aparıcı qoludur, onun qaymağıdır. Ədəbi dil ümumxalq dili əsasında formalaşsa da, öz növbəsində ümumxalq dilini zənginləşdirir, onun lüğət ehtiyatını, eləcə də ifadə imkanlarını artırır. Ədəbi dil obrazlı, lakonik, cazibədar olmalıdır. Ona görə ümumxalq dilindəki bütün sözlərdən yox, ən gözəl, fıkrin ifadəşinə kömək edən leksik, ideomatik, frazeoloji vahidlərdən istifadə etmək lazımdır. Bədii dildə söz həqiqi mənasından başqa, həm də məcazi məna daşımalıdır. Yerinə düşməyən söz, ifadə nəinki bədii dilə kömək etmir, əksinə, onu eybəcərləşdirir.
Bədii dildə söz sətiraltı məna yükünə malik olmalıdır. Bundan başqa, sözün necə səslənməsi, onun fonetikası da bədii dildə, xüsusən poeziyada az əhəmiyyət kəsb etmir.
       Problem necə qoyulursa qoyulsun, əgər onun dili zəif, solğun, obrazsızdırsa, onda heç bir ədəbi uğurdan söhbət belə gedə bilməz. Yazıçı öz fikrini, ideyasını, ədəbi məramını yalnız dil vasitəsi ilə ifadə edə bilər. Bədii əsərdə  bədii dilsiz nə məzmun,  nə də forma mövcud ola bilər. Dil məzmun və formanın bütün elementlərinin ifadəçisi, onun baş memarıdır. Dil poetik fıqurları bir-birinə qaynaq edən, möhtəşəm, canlı bir orqanizm yaradan qüdrətli bir vasitədir. Hətta hər hansı poetik fiqurun özü belə bədii dilsiz yarana bilməz, onun da xəmiri mütləq ədəbi dillə yoğrulmalıdır.      
 Ədəbiyyatşünas L. İ. Timofeyev doğru qənaətə gəlir ki, bədii əsərin dilini onun mərkəzindəki obrazlar sistemi ilə qarşılıqlı əlaqə zəminində öyrənmək, anlamaq mümkündür. (“Osnovı teorii literaturı”, Moskva, 1976).
Doğrudan da, ədəbiyyatın baş qəhrəmanı olan insanı onun nitqi, danışığı olmadan təsəvvür etmək mümkün deyildir. Obrazın niqi, söhbəti onun xarakterini, düşüncə tərzini, psixologiyasını, mədəni səviyyəsini, dünyagörüşünü açmaq vasitəsidir. Bədii ədəbiyyatın qəhrəmanının nitqi özünü əsasən iki şəkildə büruzə verir: dialoqmonoloq.
Müəllif öz qəhrəmanlarının, prototiplərinin bütün danışıqlarını eyni ilə əsərə gətirmir. O, "çiy" şəkildə olan bu nitqin özünü də "bişirir", bədii təhlil süzgəcindən keçirir. Yazıçı qəhrəmanın nitqinin ən xarakterik, mənalı hissələrindən istifadə edir. Ancaq bu heç də o demək deyildir ki, qəhrəmanların hamısı alim və şair kimi damşmalıdırlar. Hətta qəhrəmanın dediyi səviyyəsiz söz belə, bədii əsərdə müəyyən missiyanı yerinə yetirməli, onun xarakterini açmaq vasitəsinə çevrilməlidir.
Obrazların nitqində bədii fərdiləşdirmə ilə yanaşı bir ümumiləşmə də olmalıdır. Qəhrəmanın nitqinə qulaq asan oxucu onun hansı zamanda, hansı mühitdə yaşaması haqqında da az-çox təsəvvür əldə etməlidir.
A. Tolstoy qəhrəmanın nəinki nitqini, tələffüz etdiyi sözləri, eyni zamanda danışarkən istifadə etdiyi jestləri də son dərəcə əhəmiyyətli hesab edirdi.
Doğrudan da, qəhrəmanın nitqini başa düşmək üçün bu danışığı müşaiyət edən jestlər, mimika müəyyən rol oynadığı kimi ,onu əhatə edən aləmi göstərməyin özü də az rol oynamır. Əsərdəki bədii fon qəhrəmanın hərəkət və davranışının, nitqinin, xarakterinin, psixologiyasının daha dərindən anlanılmasına çox kömək edir.
Aristotel də Bualo da əsərin bədii dilinə çox böyük qiymət verirdilər. Aristotel göstərirdi  ki, şair və yazıçı təqlidçi olduğundan üç yoldan biri ilə getməlidir: ya olduğu kimi, ya onun haqqında düşünülən və danışılan kimi, ya da olması lazım gələn şəkildə. Aristotel hər üç halda şairə, sənətkara tam sərbəstlik verilməsinin tərəfdarıdır.
Bədii dil sözlə davranmağı, onun gözəlliyindən zövq almağı bacaran istedadlı adamlar, senətkarlar tərəfindən yaradılır. Necə deyərlər, bədii söz bədii təfəkkürün aynasıdır və istedadı olmayanların sözünə baxmır. Su, yağış otlara, çiçəklərə, ağaclara, həyat bəxş etdiyi kimi, bədii söz də obrazları, hadisələri canlandırır, onları rövnəqləndirir, gözəlləşdirir.
Başqa dillərdən alınan sözlər əcnəbi sözlər, yaxud varvarizm adlanır. Dilimizin lüğət tərkibində xeyli alınma sözlər vardır və onlardan böyük bir qismi artıq vətəndaşlıq hüququ qazanmışdır. Ancaq yeri gəldi, gəlmədi öz nitqində əcnəbi sözlər işlətmək — varvarizm adlanır. Bu tipli sözlərdən müəllif öz nitqində istifadə etmir, ancaq personajların dilində bu cür sözlərin verilməsi onların xarakterlərini açmaq vasitəsinə çevrilir.
Neologizmlər elmin, texnikanm, cəmiyyətin inkişafı ilə bağlı lüğət tərkibinə daxil olan yeni sözlərdir. Zaman keçdikcə ümumişlək sözlərə çevrilir.
Arxaizmlər köhnəlmiş, artıq dilin lüğət tərkibində işlənməyən sözlərdir. Köhnəlmiş sözlər iki yerə ayrılır: arxaizmlər, tarixizmlər. Arxaizmlər dilin lüğət tərkibindən tamam çıxmış sözlərdir. Məsələn, sayru - xəstə; damu - cəhənnəm və s.
Tarixizmlər isə müəyyən tarixi dövrün hadisələrini əks etdirməyə kömək edən sözlərdir. Məsələn, bəy, xan, kotan, vəl, gavahın, samı...
Jarqonizmlər ancaq müəyyən peşə və sənət sahiblərinin anladıqları sözlərin bədii ədəbiyyata gətirilməsidir. Jarqonizm niöxtəlif peşə sahiblərinin öz aralarında işlətdikləri şərti dildir.
Dilin lüğət tərkibində vulqarizmə də rast gəlirik. Vulqarizm dildə ədəbsiz sözlərin, söyüşün işlədilməsinə deyilir. Əlbəttə, bu tipli sözləri ədəbiyyata gətirmək giinahdır. S. Vurğun ədəbiyyata "əclaf' sözünü gətirənləri təsadüfən əclaf adlandırmırdı. Bədii əsərdə sözlər də gözəl, zərif olmalı, insaniara xoş əhvali-ruhiyyə bəxş etməlidir. Ancaq həyatda olduğu kimi, ədəbiyyatda da bütün insanlar tərbiyəli, mədəni olmurlar. Yazıçı bəzən mənfi obrazın xarakterini daha dərindən açmaq üçün onun nitqini vulqarizm vasitəsi ilə fərdiləşdirir. Cəfər Cabbarhnm "1905-ci ildə" əsərində Salamovun danışığı vulqarizmlə doludur.
Dildə yerli şivələrdən, dialektlərdən almmış sözlərin işlədilməsi dialektizm adlanrr. Əlbəttə, ədəbi dildə dialektlərdən, ləhcələrdən istifadə etmək yolverilməzdir. Lakin obrazların nitqini fərdiləşdirməkdə dialektizmlər də müəllifin köməyinə gələ bilər.
Provinsializm dildə məhəlli sözlərin işlənməsinə deyilir.
 Yeri gəlmişkən onu da qeyd edək ki, bədii əsərlərin dilini iki yerə bölmək olar: müəllifın dili, surətlərin dili.
Müəllifin dili mütləq ədəbi dil normalarına tabe olmalıdır. Üstəlik bu dildə bədiiliyin bütün komponentlərindən istifadə etmək lazımdır.
Obrazların dili isə öz xarakterinə görə müxtəlifdir. İnsanlar ictimai məxluq olsalar da, onlar həm də fərddirlər. Adamlar müxtəlif cür danışır, öz fıkirlərini müxtəlif sözlərlə, müxtəlif jestlərlə çatdırmağa çalışırlar. Obrazların nitqinin fərdiliyi bədii əsərin dilini zənginləşdirir, ona rəngarənglik gətirir.
Əsərin birinci şəxsin dili ilə söylənilməsinə təhkiyə üsulu deyilir. Hadisələri danışanın nitqinin zənginliyi, aydınlığı, ifadəliliyi bədii əsərin keyfıyyətini qat-qat artırır, müəllif qayəsinin, əsərin əsas ideyasının açılmasına əhəmiyyətli dərəcədə kömək göstərir.
 Bədi təsvir və iadə vasitələri...                             
Bədii dilin lüğət tərkibində məcazlar özünəməxsus yer tutur və əsərin bədii dilini gözəlləşdirir. Bədii təsvir və ifadə vasitələri söz məcazi məna kəsb etdikdə yaranır.
Azərbaycan dilinin lüğət tərkibi zəngin, poetik imkanları olduqca böyükdür. Dilimizdəki sözlər ahəng qanununa tabe olduğundan, onların səslənməsi də xüsusi ahəngdarlığa malikdir. Bundan başqa, müxtəlif tipli sözlər qrupu dildə ayrı-ayrı bədii funksiyanı yerinə yetirir. Məsələn, əgər sinonimlər dildə təkrardan yaxa qurtarmağa, eyni mənaya malik sözlərin daha real variantını işlətməyə kömək edirsə, omonimlər cinaslı qafıyələr yaratmaq, söz oyunu üçün ən vacib "tikinti materialı"dır. Antonimlərin isə təzad yaratmaqda misli-bərabəri yoxdur...
Ayağın incisə sinəm üstə gəz,
Taptala bir xəzan yarpağı kimi.
Mənə elə gəlir pak ola bilməz
Cənnət ayağının torpağı kimi...
("Qəm karvanı")  
"Gəzmək-yerimək", "ayaqlamaq-taptalamaq", "pak-təmiz" sözləri bir-biri ilə sinonim olsa da, şerdə daha real variantlardan "gəzmək", "taptalamaq", "pak" sözündən istifadə olunmuşdur. Əgər ikinci misrada "taptala" sözünün yerində "ayaqla" sözü işlədilsəydi, birinci misradakı "ayaq" sözü ilə ikinci misradakı "ayaqla" sözü təkrar yaradar, şerin bədii təsir gücünü azaldardı. "Təmiz" sözü "pak" sözü ilə sinonim olsa da, şerin bu məqamında onu əvəz edə bilməzdi.

         

Hiç yorum yok:

Yorum Gönder