e Epik əsərin ən çevik, geniş yayılan janrlarındandır. Mir Cəlalın
sözləri ilə desək: "Şifahi ədəbiyyatda nağıl nədirsə, yazılı ədəbiyyatda
hekayə odur." Lakin nağıl ilə hekayəni eyniləşdirmək olmaz. Xalq
nağıllarının ruhuna uyğun müəllif nağılları da vardır ki, buna
ədəbiyyatşünaslıqda "ədəbi nağıllar" deyirlər. Uşaq ədəbiyyatı
üçün daha xarakterik olan ədəbi nağıllar müəllif təxəyyülünün məhsuludur. Bu
tipli əsərlərdə real həyat hadisələri müəllif məramının ifadəsinə kömək edən
fantastik, xəyali, uydurma, romantik hadisələrlə qovuşuq şəkildədəir. Hətta ən
adi ot, çiçək, yarpaq, ağac, heyvan da nağıl qəhrəmanı ola bilər. Ədəbi nağıllar
nəsrlə də, nəzmlə də yazıla bilər. Nəzmlə yazılan ədəbi nağıllara mənzum
nağıl deyilir. Hekayədə isə məzmun etibarilə real həyat hadisələri təsvir olunur.
Hər hansı bir real insanın başına gələn xarakterik hadisə obrazların daxili
dünyasını açmaq vasitəsinə çevrilir. Hekayə üçün qəhrəmanın bütün ömür yolunun,
başına gələn əhvalatların hamısinın təsviri önəmli deyildir. Hər hansı bir
xarakterik hadisə, epizod hekayərıin məmununu təşkil edə bilər. Məsələn,
"Poçt qutusu" hekayəsində Novruzəlinin məktubu aparıb poçta atması
qəhərəmanın həyatının adi bir epizodudur. Lakin qüdrətli qələm sahibi, kiçik
hekayələr ustası Cəlil Məmmədquluzadə bu xarakterik epizod vasitəsi ilə öz
qəhrəmanının məzlumluğunu, elmsizliyini,
sadəlövhlüyünü, eyni zamanda
mənəvi təmizliyini, ağasına sədaqətini
məharətlə açıb göstərə bilmişdir. Xarakterik hadisə uzun-uzadı təsvirləri,
müəllif mülahizələrini arxa plana keçirmişdir.Hekayə dünya ədəbiyyatında da aparıcı
janrlardandır. Novella da hekayənin bir növüdür. Lakin novella üçün ən
xarakterik bir cəhət vardır. Bu da ondan ibarətdir ki, novellada hadisələr
gözlənilməz sonluqla bitir. XIV - XV əsriərdə İtaliyada yaranan bu janr
tezliklə bütün dünya ədəbiyyatının apacı janrlarından birinə çevrilmişdir.
İtaliya yazıçısı Bokkaççonun, fransız yazıçısı Mopassanın, türk ədibı
Səbahəddin Alinin, Əziz Nesinin, rus yazıçısı Çexovun novellalrın geniş şöhrət
qazanmışdır. Ə. Haqverdiyevin "Bomba" əsəri noveilanın gözəl, xarakterık
nümunəsidir. Kisədən bomba əvəzinə qarpız çrxması incə yumor doğurur. Oçerk həcm
etibarı ilə hekayəni xatırladır. Onun hekayədən əsas fərqi ondan ibarətdir ki,
oçerkdə həyatda yaşayan konkret bir irısanın ömür yolundan söhbət açılır. Bu
baxımdan oçerk bir növ sənədli hekayədir. Oçerkdə də bədiilik əsasdır. Lakin
oçerk bədii əsərdən çox publisistik əsər hesab oluna bilər.
Hiç yorum yok:
Yorum Gönder