Öz mənbəyini xalq dramlarından götürən bu ədəbi növ zaman keçdikcə
yeni-yeni bədii formalarda özünü göstərməyə başlamışdır. Dram əsərləri hətta
antik dövr ədəbiyyatının ən aparıcı janrı olmuşdur. Homerin əsərlərində özünü
göstərən dramatik ünsürlər ondan sonra yazıb yaradan sənət adamlarının
əsərlərinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
Esxil, Sofokl və Evripidin faciələri, Aristofanın komediyaları bu
janrın nəzəri prinsiplərinin hazırlanmasına da zəmin yaratdı. Aristotel
yazırdı: "Faciə və komediya meydana gələndə poeziyanın bu və ya digər
növünə təbii meyli olanlar yambla əsərlər yazmadılar, komik yazıçılar oldular,
epik əsərlər yazanların əvəzində isə - faciə yazanlar yetişdi, çünki poetik
əsərlərin bu axırıncı formaları əvvəlincilərə görə daha mənalıdır və daha çox
hörmətə malikdir."
Esxil səhnə əsərlərində aktyorların sayını birdən ikiyə, Sofokl isə
daha irəli gedərək üç aktyordan və dekorasiyadan istifadə etmişdir. Zaman
keçdikcə dramaturqlar sələflərinin ədəbi irsinə yaradıcı yanaşmış, həm
iştirakçıların sayını artırmış, həm də səhnə mizanını əhəmiyyətli dərəcədə
dəyişmişlər.
Klassiklərimizin epik vüsətli əsərlərinin mərkəzində dramatik
ünsürlər çox güclü olmuşdur. Məsələn, Nizaminin "Xosrov və Şirin"
əsərində Xosrovla Fərhadın deyişməsi səhnəsində güclü bir dramatizm vardır.
Dramatik növ öz adını "dram" sözündən götürmüşdür. Doğrudan
da, dram əsərlərini hərəkətsiz, dinamikasız təsəvvür etmək mümkün deyildir.
Konflikt və onun müxtəlif qütblərini təmsil edən qəhrəmanların mübarizəsi,
çarpışması bütün dramatik əsərlərin özəyini təşkil edir.
Dram əsərləri əsasən səhnədə tamaşaya qoyulmaq üçün yazıldığından, o,
digər ədəbi növlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Dram əsərlərində müəllif
epik-lirik təsvirlərdən, hadisələr, obrazlar haqqında mühakimə yürütmək
imkanlarından məhrumdur. Müəllif öz fikrini, ideyasını obrazların nitqi
vasitəsi ilə verir. Bu tipli əsərlərdə obrazların nitqi özünü iki şəkildə
göstərir: monoloq, dialoq. Monoloq qəhrəmanın özünün özü ilə, dialoq isə
digər iştirakçılarla danışmasına deyilir. Qəhrəmanlar müxtəlif səviyyəli
olduqlarından, onlarm nitqi də bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir.
Hamı eyni səviyyədə danışsa, dram əsərlərində bir monotonluq yaranar, əsər
tamaşaçıya lazımi səviyyədə təsir
göstərə bilməz.
Dram əsərlərində müəllifin nitqi yalnız remarkalarla məhdudlaşır.
Remarka hadisələrin harada, necə baş verməsi, zaman və məkan haqqında müəllifın
verdiyi məlumatlardır. Adətən remarkalar mötərizə içərisində verilir. Ona görə
ki, əslində tamaşaçıya yox, əsəri tamaşaya qoyana ünvanlanır. Müəllif elə bil
ki, rejissora göstəriş verir, yol göstərir. Surətlərin davranışı, xasiyyəti, zahiri
görkəmi, geyimi və s. haqqında remarkalar vasitəsi ilə məlumat verir.
Dram əsərləri tamaşa üçün yarandığından, sənətkar müəyyən sərt səhnə
qaydaları çərçivəsindən kənara çıxa bilmir. Qoqolun sözləri iiə desək, dram
səhnəsiz bədənsiz canı xatırladır. Qorki isə yazırdı: "Pyes - dram,
komediya ədəbiyyatın ən çətin şəklidir. Çətindir ona görə ki, pyesdə hər bir
iştirak edən şəxs müəllifin diktəsi olmadan həm söz, həm də işlə özünü
xarakterizə etməlidir."
Bütün bunlar həqiqətdir. Ancaq o da mütləq nəzərə alınmalıdır ki,
obrazlara dil verən elə müəllifin özüdür. Müəllif iştirakçıların arasında
olmasa da, "tamaşaçıların nəbzi onun barmaqlarının altında
döyünməlidir". (C. Cabbarlı).
Belinskinin dramı sintetik janr hesab etməsi də təsadüfi deyildi.
Çünki dramda lirik, epik, dramatik ünsürlərin özünəməxsus şəkildə vəhdəti
nəzərə çarpmaqdadır. Bundan başqa, dram səhnə üçün yazıldığından, müəllifdən,
rejissordan tutmuş epizodik obrazda iştirak edən aktyorlaradək hamının bu
əsərdə, tamaşada özünəməxsus payı və xidməti vardır. Hətta musiqinin, dekorasiyaların
da özünəməxsus funksiyası və rolu danılmazdır. Ədəbiyyatşünas L. İ. Timofeyev dram
əsərlərinin ilk nəzərdə müəllifin nitqi olmayan epik əsərlərə bənzədiyini
söyləyir. Bu da təsadüfi deyildir. Dram əsərlərində obrazların nitqi hər hansı
bir süjeti ətə-qana gətirir, tamaşaçıların nəzərində müəyyən həyat lövhələri
canlanr. Səhnə əsərlərində həyatın ziddiyyətli özünəməxsus bir şəkildə təzahür
edir.
Dram əsərlərində real həyati ziddiyyətlər bədii konfliktə çevrilib,
həm hadisələrin dinamik inkişafını, həm də obrazlarının xarakterinin açılmasını
təmin edir. Dram əsərlərinin bədii konflikti daha kəskin şəkildə təzahür edir.
Məhz bunun nəticəsində epik, lirik obraza nisbətən, dramatik obrazın daxili
dünyası daha tez nəzərə çarpır, onun xarakteri daha qabarıq şəkildə görünür. Çünki
lirik, epik obraza nisbətən dramatik obraz daha fəaldır, çılğındır. Bu da
təsadüfi deyildir, çünki dramatik səhnələr dramatik obrazın bütün daxili qüvvəsinin
müəyyən situasiyalarda daha əzəmi şəkildə səfərbər olmasını tələb edir. Dramatik
əsərlərin mövzusu, məzmunu da digər ədəbi növlərin mövzu və məzmunundan seçilir.
Dramatik əsərin süjeti kəskin bədii konfiiktlər üzərində qurulmalıdır. Çünki
konflikt dram əsərlərinin başlıca hərəkətverici qüvvəsi olmalıdır. Əks təqdirdə
əsərin dinamizmi azalar, obrazların qarşılaşdıqları səhnələr adi məişət
söhbətlərindən uzağa gedə bilməz.
Dramatik növün üç əsas janrı vardır: tragediya, komediya, dram.
Tragediya. Tragediya sözü yunanca
"traqos" - keçi, "ode" -nəğmə sözlərinin birləşməsindən
əmələ gəlmişdir. Qədim yunanlar allahlara sitayiş səhnələri təsvir etmiş,
onların şərəfinə keçi qurban kəsmiş, qan tökmüşlər. Tragediya qəhrəmanının
sonda mütləq ölməsi də, bu mifoloji dünyagörüşü ilə əlaqədardır. Əslində
tragediya qəhrmanları öz işıqlı arzuları, idealları uğrunda qurban gedirlər.
Tragediya termini əvəzində bəzən faciə sözü işlədilir. Bu da təsadüfı
deyildir. Faci sözü də məzmun etibarilə kədərli, acınacaqlı hadisə anlamına
gəlir. Bu tipli dram əsərlərinin qəhrəmanlarının cismani məhvi, doğrudan da,
əsl faciədir. Şərlə Xeyirin əbədi-əzəli mübarizəsində Xeyirin çox zaman özündən
qat-qat güclü Şərə məğlub olması tragediya, faciə olsa da, bu hadisə Xeyirin
Şərə qarşı daha amansız mübarizəsinin təkanverici qüvvəsinə çevrilir.
Qəhrəmanın işıqlı arzuları ilə bu arzuların həyata keçməsinə,
reallaşmasına imkan verməyən sosial mühit, zəmanə arasındakı antaqonist
ziddiyyət faciə əsərlərinin başlıca hərəkətverici qüvvəsi, tragediyanın,
faciənin başlıca yaranma mənbəyidir. Faciə qəhrəmanı nə qədər qüdrətli olsa da,
onun idealını, diləklərini ikrahla, düşmənçiliklə qarşılayan sosial mühiti
təmsil edən qüvvələrlə mübarizədə nəinki məğlub, hətta məhv olur. Lakin tragik
qəhrəman cismani məhvi ilə insanların ürəyində mürgüləyən işıqlı idealları
oyadır. Birinin məhvi neçə-neçə yeni faciə qəhrəmanlarının doğulmasına şərait yaradır.
Məsələn, "Müsibəti-Fəxrəddin" faciəsinin qəhrəmanı Fəxrəddini cismən
məhv etsələr də, zaman keçdikcə onun tərəfdarları çoxalmış, nakam arzuları
həyata keçmiş, tayfalar arasındakı qan davası sona yetmiş, cəhalət iflic olmuş,
məktəblər, xəstəxanalar açılmışdır.
Tragediyalarda-faciələrdə bədii konflikt bir-birinə daban-dabana zidd
olan müxtəlif əqidəli insanların ölüm-dirim mübarizəsi əsasında qurulduğundan,
bu tipli əsərlərdə hadisələr son dərəcə gərgin, dinamikdir.
Esxil, Sofokl və Evripidin əsərləri ədəbiyyat tarixində tragediyanın
ilk gözəl nümunələridir. Bəşəriyyətin inkişafının sonrakı mərhələlərində
yaranan tragediyalar insanlığın haqq, ədalət uğrunda apardığı barışmaz,
qanlarla yoğrulmuş mübarizəsinin bədii əksidir. Şekspirin, Şillerin faciə
əsərləri indi də öz bədii dəyərini itirməmiş, insanları əsrlər boyu haqq-ədalət
uğrunda mübarizəyə səfərbər etmiş və etməkdədir.
Azərbaycan ədəbiyyatında faciə janrənın ilk nümunəsini Nəcəf bəy
Vəzirovun "Müsibəti-Fəxrəddin" (1896) faciəsidir. Sonra
ədəbiyyatımızda bu janra maraq güclənmiş, Ə. Haqverdiyevin "Dağılan
tifaq", "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", N.
Nərimanovun "Nadir şah" faciəsi yaranmışdır. Tarixi şəxsiyyətlərin
faciəsini əks etdirən əsərlər öz ibrətamiz məzmunu ilə tamaşaçılara daha
dərindən təsir göstərınişdir.
H. Cavidin romantik tragediyaları, C. Cabbarlının "Od
gəlini", S. S. Axundovun "Eşq və intiqam" əsərləri bu janrın
Azərbaycan ədəbiyyatında təsadüfi olmadığını göstərən gözəl ədəbi nümunələrə
çevrilmişdir.
Ədəbiyyatşünas N. A. Qulyayev çox doğru qənaətə gəlir ki, tragedik
konflikt şəxsiyyətin subyektiv istəkləri ilə cəmiyyətin obyektiv həyatı arasında
cərəyan edir. Subyektiv istəklər obyektiv reallığı dəyişmək imkanında deyil,
elə buna görə də onun reallaşmasına cəmiyyətdə heç bir zəmin yoxdur. Obyektiv
reallığa qarşı üsyan eden subyektin məhvi qanunauyğun haldır.
Faciə əsərlərinin əks etdirdiyi mühit, zaman ayrı olduğu üçün bu
tipli əsərlərin bədii konflikti ayrı-ayrı formalarda təzahür edir və estetik
idealın daşıyıcısı olan qəhrəmanın ölümü ilə bədii həllini tapır. Faciə
əsərində baş qəhrəmanın ölümü vacibdir. Ancaq hər personajın ölümünü faciə
hesab etmək olmaz. Tragik qəhrəman hər hansı bir estetik idealın daşıyıcısı
olmalıdır. Məsələn, "Müsibəti-Fəxrəddin" əsərində Rəşidin, Heydərin,
Rüstəm bəyin, Mahmudun ölümü faciənin tərkib hissəsi olsa da, əsl faciə müəllif
idealının daşıyıcısı olan Fəxrəddinin ölümü nəticəsində yaranır.
Komediya. Dramatik əsərlərin ən
geniş yayılmış növlərindən biri də komediyadır. Komediyanın tarixi də faciənin
tarixi qədər qədimdir və xalqın mifoloji təfəkkürünün nəticəsidir. Komediya da
yunan sözüdür. "Komos" - şən kütlə, "ode" nəğmə deməkdir.
Allahların şərəfinə ziyafət verən şən kütlə mahnılar oxumuş, tamaşaçıları
güldürmiiş, əyləndirmişdir.
Komediyanın mərkəzində mütləq komik, gülüş doğuran hadisə olmalıdır.
Satirik, yumoristik gülüş komediyanın cövhəri, mayasıdır. Hətta satirik gülüş,
yumor prizmasından baxan sənətkar cəmiyyətdəki yaramazlıqlara gülməklə ictimai
bəlaları, insanların xarakterindəki naqis cəhətləri islah etməyə çalışır.
Satirik gülüşün təsiri olduqca böyükdür. M. F. Axundov təsadüfi yazmırdı ki,
Avropa fılosoflarının təcrübələri və bir çox inkaredilməz heyati dəlillər sübut
etmişdir ki, tənqid, istehza və məsxərədən başqa pis və yaramaz əməlləri insan
təbiətində heç bir vasitə ilə məhv etmək olmaz.
Qədim yunan komediyalarına istinadən komediya haqqında ilk nəzəri
fıkirlər söyləyən Aristotelin fıkirləri də maraqlıdır: "Komediya,
dediyimiz kimi, pis adamların əks etdirilməsidir, amma bunu da tam
qəbahət mənasında yox, o mənada başa düşmək lazımdır ki, gülməli özü də eybəcərliyin
bir hissəsidir; gülməli - heç kimə iztirab və zərər verməyən hər hansı bir
müəyyən səhv və çirkinlikdir; misal üçün uzağa getmək lazım deyil, elə komik
maska özü bir növ eybəcər və çirkinlikdir." (Aristotel)
Bütün bu deyilənlərdən belə nəticə çıxır ki, komediya cəmiyyətdəki
yaramazlıqları tənqid hədəfinə çevirən, bədii gülüş vasitəsi ilə eybəcərlikləri,
mənəvi-əxlaqi yaramazlıqları islah etməyə çalışan dramatik əsərdir. Antik
dövrdən başlamış bu günümüzədək komediya bir ədəbi janr kimi ən aparıcı yerlərdən
birini tutmuş, ona maraq gündən-günə artmışdır. Aristofanın, Lope de Veqanın,
Molyerin, Qoqolun, Axundovun, Bernard Şounun, Cəlil Məmmədquluzadənin və
başqalarının komediyaları heç vaxt öz bədii dəyərini itirməyən sənət
inciləridir.
Bütün ədəbi janrlarda uğur qazanan Azərbaycan ədəbiyyatı komediya
sahəsində də öncül yerlərdən birini tutur. 1850-55-ci illər arasında altı
komediya yazan Mirzə Fətəli Axundov ədəbiyyatımızın yeni istiqamətdə inkişafına
qüvvətli təsir göstərmişdir. Görkəmli mütəfəkkir güldən, bülbüldən yazan qələm
sahiblərinin diqqətini xalqımızın həyatının ürək göynədən mənzərələrinə
yönəltmişdir. Cəlil Məmmədquluzadənin
"Kişmiş oyunu", "Ölülər", "Anamın kitabı",
"Danabaş kəndinin məktəbi" və "Dəli yığıncağı" komediyaları
Azərbaycan ədəbiyyatında bu janrın yeni perspektivlərindən xəbər verirdi
Şair və yazıçılarımızdan Mirzə
İbrahimovun, Süleyman Rüstəmin, Ənvər Məmmədxanlının, Şıxəli Qurbanovun, Məcid
Şamxalovun, komediyaları Azərbaycan səhnəsində uğurla tamaşaya qoyulmuşdur.
Ancaq Sabit Rəhman komediya janrı sahəsində sistematik fəaliyyət göstərən bir
komediyanəvis kimi daha çox şöhrət qazanmışdır. Onun "Toy",
"Xoşbəxtlər", "Əliqulu evlənir", "Yalan",
"Aydınlıq" və s. komediyalarında satirik, yumoristik gülüş son dərəcə
güclüdür.
Ədəbiyyatşünas T. Mütəllibov çox doğru qənaətə gəlir ki, komediyada
gülüş çox müxtəlif və rəngarəng ola bilər. Burada yüngül, zarafatyana gülüşdən
başlayaraq, çoxmənalı kinayə, kədərli qəhqəhələrə, qəzəbli sarkazma qədər
tənqidi gülüşün müxtəlif formalarına rast gəlmək mümkündür.
Dram. Komedik, yaxud tragik
konfliktlər üzərində qurulmayan səhnə əsərləri dramdır. Dram bir növ komediya
ilə tragediyanın ortaq məxrəcidir. Çünki komediya da, tragediya da dram
əsərlərinin bir-birindən keyfıyyətcə, məzmunca fərqli növüdür. Komediya və
tragediya müəyyən mənada dramın qoşa qanadlarını xatırladır.
Ədəbiyyatşünaslıqda bir ədəbi janr kimi dram o səhnə əsərlərinə
deyilir ki, komediya ilə tragediyanın arasında dayansın, həm də bunun müəyyən
ştrixlərini özündə cəmləşdirsin. Dram əsərlərində dram komik və faciəvi
sonluqla bitməsə də, bu tipli əsərlərdə həm komik, həm də tragik ünsürlər ola
bilər. Görünür Belinski məhz bu cəhətləri nəzərə alaraq aşağıdakı qənaətə
gəlmişdir: "Tragediya ilə komediya arasında orta mövqe tutan bir çox dramatik
əsərlər epik dramlardır."
Buradan aydın olur ki, dram əsərlərində epik məzmun ən aparıcı
cəhətlərdəndir. Lakin bu heç də o demək deyildir ki, dram epik əsərdir. Dramda
dramatik səhnələrin bir-birini izləməsi onun başlıca janr xüsusiyyətidir. Bütün
dram əsərlərinin süjeti dramatik səhnələrlə doludur. Süjetin mərhələləri məhz
dramatik səhnələr vasitəsi ilə bir-birini əvəz edir.
Ədəbiyyatşünaslıq kitablarında dramın bir janr kimi XVII əsrdə
formalaşmasından söhbət açılır. Fransada, İngiltərədə, Almaniyada və Italıyada
yaranan məişət mövzulu səhnə əsərləri, pyeslər "meşşanlıq dramı"
adlandırılır. D.Didronun "Ailə
başçısı", "Qeyri-qanuni oğul", Q. Lessinqin "Miss Sara Sampson"
əsərləri məişət dramlarına məxsus ən yaxşı cəhətləri özlərində cəmləyən bədii əsərlər
kimi ədəbiyyat tarixinə düşmüşdür.
Azərbaycan ədəbiyyatında dram bir janr kimi komediya və faciəyə
nisbətən sonralar formalaşsa da, "Azərbaycan dramaturgiyasında bu janrın
komediya və faciəyə nisbətən zəif inkişaf etməsi" qənaəti ilə razılaşmaq
olmaz. N. Vəzirovun, Ə. Haqverdiyevin, N. Nərimanovun, S. S. Axundovun dramları
bu janrın ilk nümunələri kimi əhəmiyyətli ədəbi faktlardır. Cəfər Cabbarlının
yaradıcılığını isə Azərbaycan dramının inkişafının yeni mərhələsi adlandırmaq
olar. Onun qələmindən çıxan pyeslər indi də öz bədii dəyərini itirməyən,
sənətkarhq məziyyətləri ilə bir ədəbi məktəb olan səhnə əsərləridir. M. İbrahimovun,
M. Hüseynin, Ə. Məmmədxanlının dramlarında C. Cabbalı ənənələrinin yaradıcı
şəkildə davamını və inkişafını görürük.
Azərbaycan dramının lirik-psixoloji səpkidə, yeni istiqamətdə inkişafı
İlyas Əfəndiyevin adı ilə bağlıdır. "Sən həmişə mənimləsən",
"Mənim günahım", "Unuda bilmirəm", "Məhv olmuş
gündəliklər" ədəbiyyat tariximizə lirik-psixoloji dramın gözəl nümunələri
kimi daxil olmuşdur. Ədəbiyyatımızın gözəl mənzum dram ənənəsi də vardır. Cəlil
Məmmədquluzadənin "Çay dəstigahı" əsəri istisna edilərsə, bu janrın
ilk yaradıcısı Hüseyn Caviddir. Onun mənzum dramının qabaqcıl ənənələrindən
yaradıcı şəkildə bəhrələnən S. Vurğunun "Vaqif”, "Xanlar",
"Fərhad və Şirin", "İnsan" pyesləri, S. Rüstəmin
"Qaçaq Nəbi" əsərləri ədəbiyyatımızda mənzum dramın gözəl nümunələri
hesab oluna bilər. Bəxtiyar Vahabzadənin, Zeynal Xəlilin, Nəriman Həsənzadənin
qələmindən çıxan mənzum dramlar da uğurla tamaşaya qoyulmuş, rəğbət
qazanmışdır.
Mövzusuna görə dramları bəzən ailə-məişət dramları, tarixi dramlar,
psixoloji dramlar və s. bu kimi adlar altında qruplaşdırmaq meyli də vardır.
Əlbəttə, bunun özü ayrıca bir tədqiqatın mövzusudur.
İntermediya da səhnə üçün yazılan
əsərdir. Ciddi, gərgin konfliktli tamaşaların nümayişi zamanı arada
dinləyiciləri əyləndirmək, onların yorğunluğunu aradan götürmək məqsədilə göstərilən
şən, əyləncəli, məzhəkəli kiçik pyeslər intermediya adlanır.
Dram əsərlərinin janrlarından sayılan vedovil, melodrama, fars Azərbaycan
dramaturgiyası üçün xarakterik janr hesab oluna bilməz. Bu janrlarda bəzi
nümunələr yaradılsa da, onlar bədii sənətkarlıq baxımından diqqəti o qədər də
cəlb etməmiş, ədəbiyyatımızda hadisəyə çevrilməmişdir.
Vedovil - kiçik həcmli, şən və
məzəli komik əsərdir. VMədətovun "Qırt-qırt", "Tamahkarlıq
düşmən qazanır", "Gözə görünməyən şal", "Bacı və
qardaş" əsərləri vedovil hesab olunur.
Məlumat üçün bildirək ki, bu janr XVIII əsrdə Fransada yaradılmışdır və
"vedrovil" sözünün lüğəvi mənası Vandan axan Vir çayı deməkdir.
Fars da kiçik həcmli, məişət mövzusunda yazılan komediyadır. Molyer
bu janrın maraqlı nümunələrini yaratmışdır.
Melodrama daha çox qəhrəmanların
fərdi dünyalarını, hiss və həyəcanlarını əks etdirən səhnə əsəridir. Bu janr məzmununa
görə faciəyə daha yaxındır. İlk nümunələri XVII əsrdə Fransada yaranıb. Ancaq
vedovil, fars, melodrama ədəbiyyatımızda aparıcı janra çevrilə bilmədiyi üçün
onların nəzəri problemləri də ədəbiyyatşünaslarımızın diqqətini cəlb
etməmişdir.
Ədəbiyyatımızda dramaturgiyanın yeni istiqamətdə inkişafı operanın,
baletin, kinonun yaranması ilə nəticələnmişdir. İftixarla deyə bilərik ki, indi
bizim yüksək dünya standartlarına üyğun "Leyli və Məcnun", "Şah
İsmayıl" kimi operalarımız, "İldırımlı yollarla", "Min bir
gecə" kimi baletimiz, "O olmasm, bu olsun", "Arşın mal
alan" kimi filmlərimiz vardır. Libretto opera və baletin, ssenari
isə kino-fılmlərin dramaturji mətninə deyilir.
cox gozel
YanıtlaSilsensen o gozel
Silcox sagolun əla
YanıtlaSilİstifade olinmuş edebiyyat siyahsini zehmet olmasa deyerdzde
YanıtlaSilPis
YanıtlaSil😡😱😱😭😭 çok kőtű...
YanıtlaSilBu nədi?🙄🙄🤨
YanıtlaSilçox pis
YanıtlaSilVzv
YanıtlaSilMənə ailə və məişət ramı haqda məlumat lazımdı
YanıtlaSilburda artiq şeyler var
YanıtlaSil