BƏDİİ ƏSƏRLƏRİ ÖYRƏNMƏ METODLARI VƏ
TƏRBİYƏVİ ƏHƏMİYYƏTİ
Dərsliklər:
1.
Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı, 1988.
2. Haciyev A. Ədəbiyyatşünaslığın əsasları.
Bakı, 2005
3. Xəndan C. Ədəbiyyat nəzəriyyəsi. Bakı,
1958.
4. Mir Cəlal, P. Xəlilov.
Ədəbiyyatş. əsasları. B., 1988.
5. Rəfili M. Ədəbiyyat nəzəriyyəsinə giriş.
Bakı, 1958
6. Yusifoğlu R. Ədəbiyyatş. əsasları. Bakı,
2005.
7. Əlimirzəyev X. Ədəbiyyatşünaslığın elmi-nəzəri
əsaslsrı, B., “Nurlan”, 2008
8. Əliyev .
R. Ədəbiyyat nəzəriyyəsi. Bakı,
“Mütərcim”, 2008
Ədəbiyyatşünaslıq haqqında ümumi məlumat...
Yunan mənşəli metodologiya termini
"metodos" və "loqos" sözlərinin birləşməsindən əmələ
gəlmişdir və mənası metodlar haqqında elm deməkdir. Metodologiya ayrı-ayrı
elmlərin metodları haqqında təlimdir.
"Müasir elmdə metodologiya hər şeydən əvvəl
elmi və əməli fəaliyyət metodiarı və üsullarının yaranması, inkişafı və
bir-birini əvəz etməsi qanunauyğunluqları haqqında elm kimi başa düşülür. Elmi
idrak metodlarının nəzəri əsaslandırılması inkişaf etməkdə olan elmlərin
təlabatından doğmuşdur." (ASE, 1982, VI cild, s. 459).
Metodologiya elminin banisi sayılan F. Bekon
"Yeni Orqanon" əsərində bu elmin mahiyyəti və vəzifələri haqqında ilk
dəfə məlumat vermiş, onun gələcək inkişaf perspektivlərini elmi şəkildə
müəyyənləşdirmişdir. Filosofun "Həqiqi biliyə həqiqi metod vasitəsilə nail
olmaq mümkündür" fikri indi də öz əhəmiyyətini itirməmişdir.
Metodologiya haqqında R. Dekartın və Hegelin
təlimi bu sahədə atılan yeni uğurlu addımlar olmuşdur. Hegelin fıkrincə, metod
məzmunun hərəkətidir və buna görə də məzmunla əlaqədə nəzərdən keçirilməlidir.
Marksizm-leninizm klassikləri metodologiyanı
təkcə dünyanı dərk etmək metodu kimi deyil, həm də onu dəyişdirmək haqqında təlim
səviyyəsinə qaldırmışlar. Sovet dövründə bədii ədəbiyyata, incəsənət əsərlərinə
məhz bu təlim əsasında qiymət verilmişdir. Ədəbiyyat işi ümumproletar işinin
son dərəcə mühüm təkərciyi, vintciyi, ideologiyanın, sinfı mübarizənin başlıca
silahı hesab edilmişdir.
Məlumdur ki, ədəbiyyatşünaslıq elminin
tədqiqat obyekti bədii ədəbiyyatdır. Bədii ədəbiyyatı isə müxtəlif baxımdan,
müxtəlif nöqteyi-nəzərdən tədqiqata cəlb edib araşdırmaq, onun məziyyət və
nöqsanlarını müxtəlif dünyagörüşü, estetik prinsip istiqamətində şərh etmək
olar. Bədii əsərlər müxtəlif bədii metodlarla, müxtəlif ədəbi üslublarda
yazıldığı kimi, sənət əsərlərini də ayrı-ayrı istiqamətdə, ayrı-ayrı metodlarla
tədqiq edib qiymətləndirmək olar.
Araşdırıcıların, tədqiqatçıların təkcə elmi
səviyyəsindən, nəzəri hazırlığından yox, həm də onun məramından, istəyindən,
dünyagörüşündən, ictimai hadisəiərə münasibətindən çox şey asılıdr. Eyni
predmetə müxtəlif prizmadan baxmaq, onu müxtəlif şəkildə qiymətləndirmək olar.
Eyni adama biri dost, biri bacı, biri sevgili, biri övlad, biri tələbə kimi
baxa bilər. Bədii ədəbiyyat da belədir. Eyni bir əsəri müxtəlif istiqamətdə,
müxtəlif əxlaqi, sosioloji və nəzəri prinsiplər əsasında araşdırmaq, onun
məziyyət və nöqsanlarını göstərmək üçün məhz metodoloji yanaşma vacibdir.
Məsələn, S. Vurğunun "26-lar" poeması sovet dövründə təhlil edilərkən
ondakı inqilabi ruh, sinfi düşmənə qarşı barışmaz mövqe başlıca meyar
götürüldüyündən, xalqımızın qəddar düşməni Şaumyan və onun məsləkdaşları
tərifiənir, Məmmədəmin Rəsulzadə kimi qeyrətli vətən oğlu, Demokratik
Azərbaycan Respublikasının yaradıcılarından biri tənqid olunurdu. İndi zaman
dəyişdiyi üçün əsəri yeni meyarla təhlil etmək, araşdırmaq zərurəti meydana
çıxır...
Müasir ədəbiyyatşünaslıq elmi özündən əvvəlki
tarixi mərhələlərdə yaranmış ədəbiyyatı tədqiq etmə metodlarını araşdırıb saf-çürük
etməli, onun qabaqcıl ənənələrindən günün tələbləri baxımından bəhrələnməyi
bacarmalıdır.
Mifoloji nəzəriyyə, mədəni-tarixi metod,
müqayisəli-tarixi metod, formal metod, sosioloji metod, strukturalizm
və s. bu kimi metodlar tarixi inkişafın müəyyən mərhələlərində ayrı-ayrı
dünyagörüşünə malik filosofiar, nəzəriyyəçilər tərəfindən yaradılmış, dünya
ədəbiyyatını həmin prinsiplər əsasında araşdırıb qiymətləndirmək meyli özünü
göstərmşdir.
Mifoloji nəzəriyyənin
yaradıcılan mifologiyanı ədəbiyyat və incəsənətin mənbəyi hesab etmişlər. F. V.
Şellinqin və Şlegel qardaşlarının nəzəri-estetik görüşləri mifoloji məktəbin
fəlsəfı əsasını təşkil etmişdir. Almaniyada Qrimm qardaşları, V. Şvarts, İngiltərədə M. Müller, C. Koks, İtaliyada A.
De Qubernatis, Fransada M. Breal, Rusiyada A. N. Afanasyev, F. İ. Buslayev, mifoloji
nəzəriyyənin görkəmli nümayəndələri olmuşlar. Onlar romantik konsepsiyaya
əsaslanmış, yaradıcılıqda mifoloji süjetlərdən, folklor ənənələrindən bəhrələnməyi
ən düzgün yol hesab et-mişlər.
Mədəni-tarixi metodun nümayəndələri ədəbiyyatı
həyatla, tarixi inkişafla, mühitlə qarşılıqlı əlaqədə öyrənmək prinsipini əsas
götürmüşlər. Bu metodun yaradıcısı İ. Herderin XVIII əsrin sonunda irəli
sürdüyü "ədəbiyyat və incəsənəti tarixi genetik baxımdan öyrənmə"
prinsipini İ. Ten daha da inkişaf etdirmiş, bədii ədəbiyyatın ictimai
psixologiyanın inikası əsasında yaranmasını əsaslandırmağa çalışmışdır.
Mədəni-tarixi metodun nümayəndələri coğrafi amillərə - iqlimə,
təbiətə, xarakteri formalaşdıran sosial tarixi mühitə, irqə, temperamentə
xüsusi əhəmiyyət verməyi zəruri saymışlar. Müqayisəli-tarixi ədəbiyyatşünaslığın
formalaşmasında mədəni-tarixi metodun böyük rolu və əhəmiyyəti danılmazdır. Bu
tarixi metodun vətəni Almaniya və Fransa olmuşdur.
Müqayisəli-tarixi metod hər hansı bir xalqın ədəbiyyatını digər
xalqların ədəbiyyatı ilə müqayisə zəminində araşdırıb təhlii etmək prinsipini
əsas götürürdü. Bu prinsip dünya xalqlarının ədəbiyyatının oxşar və fərqli
cəhətlərini müəyyənləşdirməyə zəmin yaradır, ədəbiyyatın bəşəri dəyərlər
istiqamətində inkişafına təkan verən amilə çevrilirdi. İndinin özündə də
qarşılıqlı ədəbi əlaqələrin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir və xalqların
bir-birinə yaxınlaşmasına şərait yaradır.
Nəinki ədəbiyyatşünaslıqda, eləcə də tarixdə,
sosiologiyada, dilçilikdə, etnoqrafiyada, psixologiyada, hüquqşünaslıqda müqayisəli-tarixi
metod mühüm əhəmiyyət kəsb edir.
Formal metod. Ədəbiyyatın
qanunauyğunluqlarını öyrənərkən məzmuna etinasız yanaşıb, bədii formaya
üstünlük vermək formal metodun başlıca prinsipidir. "Sənət sənət
üçündür", "xalis incəsənət" uğrunda şüarı formalizmin
mahiyyətini başa düşməyə kömək edir. Formal metodun nümayəndələri bədii yaradıcılıqda
cəmiyyətin, həyatın inkişaf qanunauyğunluqlarının, sosial mühitin, sənətkarın
dünyagörüşünün rolunu inkar edirdilər.
Əlbəttə, bədii əsərin forması, onun
sənətkariıq xüsusiyyətləri olduqca mühüm əhəmiyyət kəsb edir. Ancaq bütün
bunlar əsərin əsas məzmununun ifadəsinə yardımçı olmalıdır.
Sosioloji metod isə
ədəbiyyata, sənət əsərlərinə yalnız sinfı nöqteyi-nəzərdən qiymət verməyi tələb
edirdi. Onun nümayəndələri hesab edirdilər ki, sosial mühit hər şeyi həll edir,
sənətkar, onun dünyagörüşü, fəal həyat mövqeyi bədii yaradıcılıqda o qədər də
önəmli rol oynamır.
Strukturalizm.
XX əsrin birinci yarısında yaranan strukturalizmin bünövrəsini Praqa məktəbinin
nümayəndələri qoymuşlar.
Göründüyü kimi, ədəbiyyatı, incəsənəti müxtəlif
metodlarla, prinsiplərlə öyrənmə meyli təsadüfı xarakter daşımamışdır. Əlbəttə,
bu metodların hərəsinin özünəməxsus məziyyət və nöqsanları vardır. Onların
hamısının ən yaxşı cəhətlərindən bəhrələnmək ancaq ümumi işin xeyrinə ola
bilərdi. Lakin bu zaman yeni dövr, onun tələbləri, dünya ədəbiyyatının,
incəsənətinin ümumi estetik prinsipləri, hər xalqın özünəməxsus milli adət-ənənələri,
əxlaqı baxışları, dünyagörüşü mütləq nəzərə alınmalıdır. Dövrün, zamanın tələbi
ilə yaranan, xalqımızın əxlaqi görüşlərini, psixologiyasını, təfəkkür tərzini
özündə cəmləşdirən yeni milli metodologiya ədəbiyyat tariximizi yeni
istiqamətdə araşdırmağa, qəhrəmanların hərəkət və davranışlarına müsir baxımdan
qiymət verməyə şərait yaradır, tədqiqatçıya yeni istiqamət verir. Müasir
mərhələdə bəşər sivilizasiyasının, əsrlərin sınğından çıxmış bütün nəzəri estetik
prinsiplərindən xalqımızın, dövlətimizin maraqları istiqamətində istifadə etmək
zərurəti meydana gəlir.
Müasir dövrümüzdə nəzəri prinsiplərin hamısından
yaradıcı şəkildə bəhrələnməyin rolu olduqca vacibdir. Dünya ədəbiyyatı və
incəsənətinin ən gözəl, xarakterik nümunələri əsasında formalaşan estetik
prinsiplərin, ədəbiyyat nəzəriyyəsinin metodoloji əhəmiyyəti böyükdür. Bu
prinsiplər əvəzsiz bədiilik meyarları kimi müasir əsərlərə qiymət verərkən indi
də tədqiqatçıya nəzəri-estetik istiqamət verir, onun yardımçısına,
məsləhətçisinə çevrilir.
İndi "imzalar içində imzası" olan,
bayraqlar içində bayrağı dalğalanan ölkəmiz yeni demokratik yaşayış prinsipləri
əsasında öz inkişafını davam etdirir ki, bu da yeni metodologiyanın
formalaşmasına zəmin yaradan mühüm amilə çevrilmişdir.
Hazırki dövrdə milli-mənəvi, dini və bəşəri
dəyərlərin nəzərə alınması bədii və elmi yaradıcılığın istiqamətini
müəyyənləşdirən ən vacib amillərdən birinə çevrilmişdir. Yeni milli
metodologiya ədəbiyyatşünaslıq elmimizin də yeni istiqamətdə inkişafına şərait
yaratmışdır.
ƏDƏBİYYATIN TƏRBİYƏVİ ƏHƏMİYYƏTİ. "Ədəbiyyat"
— "ədəb", "mərifət" sözündən götürülmüşdür. Onun
birinci vəzifəsi insanı tərbiyə etməkdir. İnsanın başqalarına münasibətində,
dünyagörüşünün inkişaf edib formalaşmasında, özünü dərk etməsində, ləyaqətli
vətəndaş kimi tərbiyə olunmasında bədii ədəbiyyat mühüm bir vasitədir. Oxucu
bədii əsərdə müxtəlif insan surətləri ilə, demək olar ki, ünsiyyətdə olur,
pislərin də, yaxşıların da işindən nəticə çıxarır, ibrət götürür. Qədim yunan
filosofu Aristotel yazır: "Madam ki, təqlidçilər (yazıçılar)... hərəkət və
fəaliyyət adamlarını təqlid edirlər, bu adamlar isə mütləq yaxşı, ya pis
olurlar (zira xarakter, demək olar ki, həmişə bunlardan birinə meyl edir və
xaraktercə insanlar ya qəbahətlərinə, ya xeyirxahlıqlarına görə seçilirlər),
deməli, ya özümüzdən yaxşılarını, ya pislərini, ya da ki, elə özümüz kimilərini
təqlid etmək lazım gəlir". Aristotelin belə bir sözü də var:
"...bilik qazanmaq nəinki filosoflar, eyni dərəcədə başqa adamlar üçün də
olduqca xoşdur".
Xacə Nəsirəddin Tusi "Əxlaqi-Nasiri"
əsərində yazır:
"Ünsiyyət və əlaqə o zaman baş tutar ki,
insan nəyin nizama aparıb çıxaracağını, nəyin pozğunluğa səbəb olacağını, hər
kəslə tək-tək necə davranmaq lazım olduğunu öyrədən elmi yaxşı bilsin, bu
ictimaiyyət elmidir. Deməli, hamı elmi öyrənməyə səy etməlidir ki, fəzilət
sahibi olmağı bacarsın; əks haida rəftar və davranışda səhvlərə yoi
verər"...
N. Tusidən gətirilən fikir baxımından Nizami
Gəncəvinin əsərlərindəki surətlərin davranışlarının müqayisəsində insanların
rəftarlarının, münasibətinin nəticələri oxucuya təsirsiz qalmır. Oxucu ya ondan
(məsələn, Fərhaddan, Şirindən) nümunə götürür, ya da onun (məsələn, Şiruyyənin)
pis əməllərinə, xoşagəlməz hərəkətlərinə nifrət edir, öz davranışında ona yol
vermək istəmir. Bir sözlə, xarakterini bu və ya başqa ədəbi qəhrəmanın nümunəsində
tərbiyə edir. Ədəbiyyat oxucunu düşündürür, onun həssaslığını artırır, qəlbini
incələşdirir, ona nəcib sifətlər aşılayır, daxili qüvvə verir, həyata səsləyir,
ümumiyyətlə desək, onda yeni mənəvi keyfiyyətiərin yaranmasına səbəb olur.
Ədəbiyyat oxucuda vətənpərvərlik hisslərini güciəndirir. "Vətəni
sevməyən insan olmaz, Olsa, ol şəxsdə vicdan olmaz" (A.Səhhət);
"Bilsin ana torpaq, eşitsin vətən, Müsəlləh əsgərəm mən də bu gündən"
(S.Vurğun) kimi ifadələr vətənpərvərlik anlayışının məzmununu yaxşı şərh
edir. Ədəbiyyat adamda əməyə məhəbbət hissi oyadır. Əmək adamlarının
ümumiləşdirilmiş obrazlarının (Fərhad, Sarvan, Usta Ramazan və b.) şəxsində ən
yaxşı nümunələr nəzərdə canlanır. Bu obrazların yaratdığı əmək xariqələri adamı
gərgin fəaliyyətə, ictimai-faydalı işə təhrik edir.
Teşekkürlər!
YanıtlaSil