Bədii yaradıcılığın, eləcə də estetikanın ən
mühüm, son dərəcə vacib problemlərindən biri də məzmun və formadır. Məzmun və
forma haqqında istər fəlsəfədə, estetikada, istərsə də ədəbiyyatşünaslıqda və
incəsənətdə irəli sürülən mülahizələr mahiyyətcə eyniyyət təşkil edir və bu
fəlsəfi, nəzəri-estetik kateqoriyaların mahiyyətini açmağa, dərindən başa
düşməyə kömək edir.
Həyatda
nəinki bədii ədəbiyyat nümunələrinin, incəsənət əsərlərinin, hətta hər bir
obyektin, predmetin belə məzmun və forması vardır. Məzmun və forma elə
dialektik vəhdətdədir ki, forma məzmunsuz, məzmun isə formasız təsəvvürə
gəlmir. Hər bir predmetin, eləcə də ədəbiyyat və incəsənət asərinin mahiyyəti onun məzmunundadır. Forma məzmunu ifadə
etmək vasitəsidir. Məzmun yalnız forma libasına bürünəndə gözə görünür, mövcud
olur. Bir-birindən təcrid edilmiş şəkildə nə məzmun, nə də forma vardır.
Eyni
parçadan şalvar da, kostyum da, köynək də, divan örtüyü də, palto da tikmək
olar. Belədə parça yeni məzmun kəsb edir. Şərti mənada parçanı mövzuya
bənzətmək olar. Parçadan tikilən müxtəlif paltarlar isə formaya düşəndə yeni
məzmun kəsb edir. Eyni parçadan müxtəlif paltarlar tikmək olduğu kimi, eyni
mövzuda da saysız-hesabsız, bir-birinə bənzəməyən məzmunlu və formalı əsərlər
yaratmaq olar. Bədii yaradıcılıq da belədir. Tutaq ki, sənətkar lirik qəhrəmanın
sevgilisi ilə görüşərkən keçirdiyi müəyyən həyəcanları əks etdirmək istəyir. Bu
mövzu lirik səpkili əsərlər üçün daha müvafıqdir. Qəhrəmanın xarakterini açmaq,
onun işini, mübarizəsini, yaşadığı sosial mühitin mənzərələrini yaratmaq üçün
isə lirik, epik, yaxud dramatik janra müraciət etmək lazım gəlir.
Buradan
belə nəticə çıxarmaq olar ki, sənətkar hər bir mövzuya uyğun bədii forma tapmalıdır.
Belədə məzmun və formanın bir-birinə uyarlığı estetik mahiyyət kəsb edir.
Yaxud,
başqa bir müqayisə aparaq. Qızıldan saat da düzəltmək olar, üzük də, medalyon
da, saysız-hesabsız digər zinət əşyaları da. Qızıl müxtəlif formaya düşdükdə,
onun məzmunu da dəyişir. Bədii
yaradıcılıqda da təxminən belədir. Məsələn, sevgi mövzusunda neçə əsrlərdir ki,
şeirlər yazılır. Ancaq müxtəlif zamanlarda yaşayan, müxtəlif ədəbi zövqlü,
müxtəlif bədii üslublu sənətkariar tərəfindən yazılan bu əsərlər qətiyyən
bir-birinə bənzəmir. Məhəbbəti qoşma ilə də ifadə etmək olar, gəraylı ilə də.
Qəzəllə də ifadə etmək olar, müxəmməslə də və i. a.
Eyni
naturadan müxtəlif üslublu rəssamların çəkdikləri əsərlər qətiyyən bir-birinə
bənzəmir. Sənətkarın həyatdan götürdüyü mövzu müxtəlif formaya düşərək bədii
məzmun kəsb edir. Yazıçı, şair, rəssam həyatdan götürdüyü mövzunu necə var elə
əks etdirmir. Əgər belə olmasaydı, fotonun inkişafının bu vaxtında heç rəssama
ehtiyac da qalmazdı. Həyat həqiqəti, hər hansı bir hadisə sənətkar
təxəyyülündən süzülərək bədii məzmun və bədii forma kəsb edir.
Məzmun
aparıcıdır, forma ona əsasən yaradılır.
Yenə də bir bənzətmə ilə fıkrimizi ifadə etməyə çalışaq. Bədənə baxıb
paltar tikmək lazımdır. Bundan başqa həm paltarın geyiniləcəyi fəsil, iqlim,
həm insanın peşəsi, zövqü, həm də onun yaşı mütləq nəzərə alınmalıdır.
Ədəbiyyat da belədir. Elə mövzular var ki, onu tam açmaq üçün roman, eləsi var
ki, povest, eləsi var ki, hekayə yazmaq sərfəlidir. Elə lirik təəssürat var ki,
onu qəzəllə, eləsi var ki, bayatı ilə ifadə etmək daha asandır. Şair mövzuya
uyğun vəzn, ölçü seçir. Tutalım bu fikri 7, o birini 8, digərini 11 hecalı şeirdə
ifadə etmək daha asan olur. Çox zaman məzmun forma ilə birlikdə doğulur.
Mövzu
yazıçının müraciət etdiyi həyat hadisəsidir. O, sənətkar qələmi, fırçası ilə
bədii formaya düşdükdə məzmun kəsb edir. Elə buna görə də məzmun və forma
ayrılıqda təsəvvürə gəlmir.
Obyektiv
varlıq ancaq sənətkarın subyektiv idrakı və sənətkar şüurundakı inikası
nəticəsində bədii məzmuna çevrilir ...İncəsənətdə məzmun - gerçəkliyin sənətkar
tərəfindən müəyyən ictimai-siyasi və estetik ideal mövqeyindən inikasıdır.
Tema, süjet və ideya bədii məzmunun real mövcudiyyət şərtləri, onun tərkib
hissələridir.
Bədii
əsər canlı bir orqanizmdir. Kompozisiyadan tutmuş onun kərpicləri olan bədii
detallara, bədii təsvir və ifadə vasitələrinədək bütün poetik fıqurlar forma elementləri
kimi təzahür edir, məzmunun açılmasına zəmin yaradır.
Obraz
istər məzmunun, müəllif ideyasının, istərsə də bədii formanın səfərbəredici
qüvvəsidir. Bütün digər bədii elementlər obrazlar əsasında formalaşır. Obrazlar
bütün məzmun və forma elementlərinin qovuşuğunun dayaq nöqtəsi, bünövrəsidir.
Əslində sənətkar öz ideyasını, başlıca ədəbi qayəsini, məramını da obrazlar
sistemi vasitəsilə verməyə çalışır.
Obrazlar
süjet çayının üstündən keçmək istəyən sənətkar ideyasının addamaclarıdır,
kompozisiya sarayının möhtəşəm sütunlarıdır. Əsərin ideyası birbaşa məzmunla
bağlı olsa da, o, bədii formanın müəyyənləşməsində də mühüm rol oynayır.
Müəllif başa düşür ki, hansı ideyanı hansı bədii formada vermək daha sərfəlidir,
münasibdir. M. Qorkinin sözləri ilə desək, “sənətkar öz şəxsi, subyektiv
təəssüratının üzərində işləməyi, onların ümumi əhəmiyyəti olan cəhətlərini
tapmağı, öz təsəvvürlərinə öz formalarını verməyi bacaran adamdır.”
Əslində
əsərdə həm formanın, həm də məzmunun baş memarı sənətkar özüdür. O, mövzunu,
"tikinti materialını" həyatdan götürsə də, həmin materialı öz
təxəyyülünə uyğun şəkildə cilalayır, formaya salır. Sənətkar həm bədii əsərin
memarı, həm də onun fəhləsidir. Bədii yaradıcılıq elə bir işdir ki, onun
fəhləliyini də kənar adama etibar etmək olmaz.
Məzmun
və forma həmişə fəlsəfənin, estetikanın əsas problemlərindən biri olmuşdur.
Görkəmli fılosoflardan Aristotelin, Platonun elmi-nəzəri irsində də bu
problemlərin şərhinə xüsusi diqqət yetirilmişdir. Aristotel məzmun və formanı
bir-birindən asılı olmayan hadisə hesab edir, Allahı formalar forması adlandırırdı.
Platon da formanı apancı, fəal hesab edirdi. Bekonun, Dekartm, Boylun, Hobsun,
C. Brunonun və başqalarının nəzəri görüşlərində
də məzmun və formaya xüsusi diqqət verilirdi. Təfəkkürün məzmun və forması
problemini ilk dəfə irəli sürən böyük fılosof Kant məzmun və formaya yeni
münasibətin formalaşmasına təkan vermişdir. Hegel isə məzmunla forma arasındakı
münasibəti əksliklər arasında qarşılıqlı münasibət hesab edirdi.
Məzmunla
forma dialektik vəhdətdə olsa da, bəzən onların arasında konflikt yaranır. Yeni
mövzu köhnə formaya sığmır, özünə yeni forma tələb edir. Məzmun aparıcı olsa
da, formaya nisbətən o, daha çevikdir, tez-tez dəyişir. Bədii yaradıcılıqda məzmuna
nisbətən forma daha mühafizəkardır. Məsələn, əsrlərin sınağından çıxmış qəzəl,
rübai, qoşma, gəraylı və s. formalarda yeni məzmunlu əsərlər yazmaq mümkündür.
Ədəbiyyat tariximizin zəngin təcrübəsi, ədəbi faktlar bu fıkrin doğruluğunu
təsdiq edir. Əruz və heca vəzninin sərt qaydaları, ölçüləri, qafiyə sistemi
vardır. Yeni məzmunun köhnə formaya sığışmaması yeni formalı sərbəst şeirin
yaranmasına səbəb olmuşdur.
Müəllifin
əsas ideyası, qayəsi məzmunda olduğu üçün o aparıcıdır. Lakin bədii formasız
külçə halında olan mövzunu emal etmək mümkün deyildir. Senətkarlıq məsələləri,
poetika formada daha qabanq şəkildə nəzərə çarpır. Deməli mövzu formaya girdikdə
məzmun kəsb edə bilir.
Yazıçının
öz ədəbi məramına uyğun mövzu seçməsi qanunauyğun haldır. Ədəbi əsərin ideyası
ilə yazıçının həyata münasibəti, dünyagörüşü arasında uyğunluğun olması da
təsadüfı deyildir. Həyat hadisəsinin, mövzunun müəyyən formaya salınması,
sənətkar təxəyyülü ilə ümumiləşdirilməsi nəticəsində əsərin məzmunu yaranır.
Müəllif fantaziyasının, şərtiliyin, ədəbi metodun, fərdi üslubun və yaradıcılıq
manerasının bədii inikasda, həyat həqiqətinin bədii həqiqətə çevrilməsində
müstəsna rolu vardır. Hər dövrün özünəməxsus hadisələri olduğu üçün mövzu da,
əsərin məzmunu da, hətta onun bədii forması da tarixi əhəmiyyət kəsb edir.
Ədəbiyyatın
mövzusu təbiətdi, həyatdı. Təbiətin, ictimai həyatın baş qəhrəmanı isə
insandır. İnsanın arzu və düşüncələri, kəşməkəşli ömür yolu, mübarizələrlə dolu
həyatı ədəbiyyatın, eləcə də incəsənətin başlıca mövzusudur. Mövzu hələ bədii formaya
düşməmiş, külçə halında olan həyat hadisələridir. Bu hadisələri uzun müddət
müşahidə edən yazıçının beynində hər hansı bir yaradıcılıq ideyası doğulur.
Sənətkar isə bu ideyanı reallaşdırmaq üçün forma axtarır.
M.
Qorkinin mövzuya belə tərif verməsi də təsadüfi deyildi: "Mövzu müəllifin
təcrübəsindən doğan, həyatın ona təlqin etdiyi, lakin onun intibahlar qabında
hələ bişməmiş bir şəkildə yerləşən və surətlərdə təcəssümünü tələb edərək onda
bunu bişirmək üçün çalışmaq arzusunu oyadan bir ideyadır."
Bəs
ideya nədir? Əgər mövzu nədən yazır sualına cavab verirsə, ideya nə demək
istəyir sualına cavab verir. İdeya əsərin nüvəsi, ruhu, canı, qanıdır.
O, yazıçının maraqla öyrəndiyi həyat hadisələrindən, qəhərəmanların hərəkət və
fəaliyyətindən doğur. İdeya ayrı-ayrı surətlərin hərəkət və davranışları, arzu
və düşüncələri zəminində, bədii forma daxilində reallaşır. İdeya həyatdan doğsa
da, subyektiv müəllif mövqeyindən, onun reallaşması isə müəllifın yaradıcılıq
üslubundan asılıdır.
Təəssüf
ki, çox vaxt mövzu ilə ideyanı eyniləşdirirlər. Mövzu ideyanı doğurur, ancaq o,
ideya deyildir. Fikrimizi izah etmək üçün yenə bir bənzətməyə müraciət edək.
Çəmənə gedib gözəl çiçəklər görən oğlanın başında o güllərdən çələng toxuyub
sevgilisinə vermək arzusu oyanır. Bu arzunu reallaşdırmaq yolunda görülən işlər
yaradıcılıq prosesinə bənzəyir. Çələngin forması güllərdən, onu toxuyan insanın
bacarıq və qabiliyyətindən, zövqündən asılı olaraq müxtəlif ölçü və biçidə
təzahür edə bilər. Başqa sözlə desək, mövzu ideya ilə yoğrulub, yeni məzmun
kəsb edir.
İdeya əsərin ruhuna, canına, onun strukturunun bütün elementlərinə,
qəhrəmanların hərəkət və davranışlarına, arzu və düşüncələrinə, hiss və
həyəcanlarına, bədii təsvirlərə, peyzajlara hopur. Əgər belə olmasaydı, yazıçı
öz ideyasını böyük bir romanla, epopeya ilə yox, elə bir neçə cümlə ilə ifadə
edər, əlavə zəhmətə ehtiyac qalmazdı.
"Tasso"
əsərinin ideyasının nə olduğunu soruşanlara Hötenin verdiyi cavab
olduqca xarakterikdir, məsələnin
mahiyyətini anlamağa kömək edir: "Ideyanı soruşursunuz, mən nə bilim.
Mən qarşımda Tassonun həyatını görürdüm... Budur, daima mənə yanaşıb soruşurlar
ki, mən "Faust"da hansı ideyanı təcəssüm etdirmək niyyətində idim.
Guya mən özüm bundan xəbərdaram və bunu ifadə edə bilərəm."
Bədii
əsərdə təsvir olunan həyat hadisələri, müəllifin ideyası, təsvir obyektinə,
mövzuya münasibəti, obrazların hərəkət və davranışları, forma elementləri
bir-biri ilə elə qaynayıb qarışır ki, bunlardan hansının əsas, hansının ikinci
dərəcəli olmasını söyləməyə heç lüzum da yoxdur. Canlı orqanizmdə funksiyasız
üzv tapmaq mümkün olmadığı kimi, bədii əsərdə də əhəmiyyətsiz heç bir ədəbi
missiyanı yerinə yetirməyən sənətkarlıq komponenti olmamalıdır.
Forma
ilə məzmunun dialektik vəhdəti böyük ədəbi uğurların rəhnidir. Mirzə Fətəli
Axundov yazırdı: "İki şey şerin əsas şərtlərindəndir: məzmun gözəiliyi və
ifadə gözəlliyi. Məzmun gözəlliyi olub, ifadə gözəlliyinə malik olmayan bir
nəzm (Mollayi Rumininin məsnəvisi kimi) məqbul nəzmdir, amma şeiriyyətində
nöqsan vardır. İfadə gözəlliyinə malik olub, məzmun gözəlliyindən məhrum olan
mənzumə tehranlı Qaaninin şeirləri kimi zəif və kəsalət artırıcı nəzmdir, amma
yenə şeir növündəndir, yenə də hünərdir. Həm məzmun gözəlliyinə, həm də ifadə
gözəlliyinə malik olan nəzm (Firdovsinin "Şahnamə"si, Nizaminin
"Xəmsə"si və Hafızin divanı kimi) nəşə artırıcı və həyəcanlandırıcı
olub, hər kəs tərəfindən bəyənilir."
Forma
çox geniş anlayışdır. Bütün sənətkarlıq komponentlərı forma elementləridir.
Sənətkar məhz bu elementlərin məcmuu vasitəsi ilə məzmunun ifadəsinə, əsərin əsas
ideyasının açılmasına çalışır. Bu mənada "Ədəbiyyatın forması çoxsaylı və
rəngarəng dil və kompozisiya vasitəsidir" (Q. L. Abramoviç) fikrində bir
həqiqət vardır. Ona görə ki, bədii
əsərin strukturundakı adi bir sözdən, ifadədən, təfərrüatdan tutmuş süjetə və
kompozisiyay qədər hər şey məzmunun ifadəsinə yardımçı olan forma elementidir,
bir-biri ilə elə dialektik vəhdətdədir ki, onları ayırmaq yalnız şərti mənada
mümkündür.
Canlı bir orqanizmi xatırladan hər bir bədii
əsərin məzmunu ilə forması bir-biri ilə elə qaynayıb qarışıb ki, məzmunsuz hər
hansı bir sənət əsərinin forması, formasız isə məzmunu təsəvvürə gəlmir.
Mikayıl Rəfili çox doğru qənaətə gəlir ki, forma olmazsa, bədii məzmun da
təzahür edə bilməz, əksinə, məzmun olmadıqda forma da öz əhəmiyyətini itirmiş
olar. Ədəbi əsərin bu iki əsas və üzvi ünsürünü bir-birindən ayırmaq mümkün
deyildir, bunlar hər ikisi ədəbi əsərdə bir birlik təşkil edir ki, ədəbi əsərin
ideya-estetik əhəmiyyətini təyin edən də budur.
Formadan
asılı olaraq əsər lirik, epik, dramatik məzmun kəsb edə bilər. Hər bir ədəbi
janrın da özünəməxsus forması vardır. Məzmun əsas, təyinedici, forma isə təsiredicidir.
Əsərin əsas ideyasi məzmunda olsa da, o, yalnız uğurlu bədii forma vasitəsi ilə
açıla bilər. Bədii inikasda məzmunun aparıcı amil olması şübhə doğurmur, ancaq
formaya ikinci dərəcəli bir amil kimi yanaşmaq düzgün deyildir. Formaya
üstünlük verib məzmunu arxa plana keçirmək cəhdləri də əbəsdir. Formalizm
sənətin, ədəbiyyatın realist istiqamətdə inkişafına həmişə mane olmuşdur.
Məzmunla
formanın dialektik vəhdəti elə mühüm estetik prinsipdir ki, bunu nəzərə almadan
gözəl sənət əsərləri yaratmaq mümkün deyildir. Bədiiliyin əsas meyarını da məhz
məzmun və forma vəhdətində axtarmaq lazımdır.
informatkaelminin esas mezmun ve terkib elementleri
YanıtlaSilGötüm ağrıyır
YanıtlaSilO ne sözdü çox pisdir
SilHer şeye göre teşekkürler💫
YanıtlaSilZehmet olmssa istfade olnmuş edebiyyat siyahsi
YanıtlaSilCox uzunduye basa duşmedim
YanıtlaSilÇox uzundu oxuya bilmirem amma oxuyacam
YanıtlaSilmentiqi cavab yoxdu
YanıtlaSil