10 Ocak 2016 Pazar

BƏDİİ  ƏSƏRLƏRİ ÖYRƏNMƏ METODLARI VƏ

        TƏRBİYƏVİ ƏHƏMİYYƏTİ

               Dərsliklər:
1. Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı, 1988.
 2. Haciyev A. Ədəbiyyatşünaslığın əsasları. Bakı, 2005
 3. Xəndan C. Ədəbiyyat nəzəriyyəsi. Bakı, 1958.
 4. Mir Cəlal, P. Xəlilov. Ədəbiyyatş. əsasları. B., 1988.
 5. Rəfili M. Ədəbiyyat nəzəriyyəsinə giriş. Bakı, 1958
 6. Yusifoğlu R. Ədəbiyyatş. əsasları. Bakı, 2005.
 7. Əlimirzəyev X. Ədəbiyyatşünaslığın elmi-nəzəri əsaslsrı, B., “Nurlan”, 2008
 8. Əliyev . R.  Ədəbiyyat nəzəriyyəsi. Bakı, “Mütərcim”, 2008

Ədəbiyyatşünaslıq haqqında ümumi məlumat...
          Yunan mənşəli metodologiya termini "metodos" və "loqos" sözlərinin birləşməsindən əmələ gəlmişdir və mənası metodlar haqqında elm deməkdir. Metodologiya ayrı-ayrı elmlərin metodları haqqında təlimdir.
"Müasir elmdə metodologiya hər şeydən əvvəl elmi və əməli fəaliyyət metodiarı və üsullarının yaranması, inkişafı və bir-birini əvəz etməsi qanunauyğunluqları haqqında elm kimi başa düşülür. Elmi idrak metodlarının nəzəri əsaslandırılması inkişaf etməkdə olan elmlərin təlabatından doğmuşdur." (ASE, 1982, VI cild, s. 459).
Metodologiya elminin banisi sayılan F. Bekon "Yeni Orqanon" əsərində bu elmin mahiyyəti və vəzifələri haqqında ilk dəfə məlumat vermiş, onun gələcək inkişaf perspektivlərini elmi şəkildə müəyyənləşdirmişdir. Filosofun "Həqiqi biliyə həqiqi metod vasitəsilə nail olmaq mümkündür" fikri indi də öz əhəmiyyətini itirməmişdir.
Metodologiya haqqında R. Dekartın və Hegelin təlimi bu sahədə atılan yeni uğurlu addımlar olmuşdur. Hegelin fıkrincə, metod məzmunun hərəkətidir və buna görə də məzmunla əlaqədə nəzərdən keçirilməlidir.
Marksizm-leninizm klassikləri metodologiyanı təkcə dünyanı dərk etmək metodu kimi deyil, həm də onu dəyişdirmək haqqında təlim səviyyəsinə qaldırmışlar. Sovet dövründə bədii ədəbiyyata, incəsənət əsərlərinə məhz bu təlim əsasında qiymət verilmişdir. Ədəbiyyat işi ümumproletar işinin son dərəcə mühüm təkərciyi, vintciyi, ideologiyanın, sinfı mübarizənin başlıca silahı hesab edilmişdir.
Məlumdur ki, ədəbiyyatşünaslıq elminin tədqiqat obyekti bədii ədəbiyyatdır. Bədii ədəbiyyatı isə müxtəlif baxımdan, müxtəlif nöqteyi-nəzərdən tədqiqata cəlb edib araşdırmaq, onun məziyyət və nöqsanlarını müxtəlif dünyagörüşü, estetik prinsip istiqamətində şərh etmək olar. Bədii əsərlər müxtəlif bədii metodlarla, müxtəlif ədəbi üslublarda yazıldığı kimi, sənət əsərlərini də ayrı-ayrı istiqamətdə, ayrı-ayrı metodlarla tədqiq edib qiymətləndirmək olar.
Araşdırıcıların, tədqiqatçıların təkcə elmi səviyyəsindən, nəzəri hazırlığından yox, həm də onun məramından, istəyindən, dünyagörüşündən, ictimai hadisəiərə münasibətindən çox şey asılıdr. Eyni predmetə müxtəlif prizmadan baxmaq, onu müxtəlif şəkildə qiymətləndirmək olar. Eyni adama biri dost, biri bacı, biri sevgili, biri övlad, biri tələbə kimi baxa bilər. Bədii ədəbiyyat da belədir. Eyni bir əsəri müxtəlif istiqamətdə, müxtəlif əxlaqi, sosioloji və nəzəri prinsiplər əsasında araşdırmaq, onun məziyyət və nöqsanlarını göstərmək üçün məhz metodoloji yanaşma vacibdir. Məsələn, S. Vurğunun "26-lar" poeması sovet dövründə təhlil edilərkən ondakı inqilabi ruh, sinfi düşmənə qarşı barışmaz mövqe başlıca meyar götürüldüyündən, xalqımızın qəddar düşməni Şaumyan və onun məsləkdaşları tərifiənir, Məmmədəmin Rəsulzadə kimi qeyrətli vətən oğlu, Demokratik Azərbaycan Respublikasının yaradıcılarından biri tənqid olunurdu. İndi zaman dəyişdiyi üçün əsəri yeni meyarla təhlil etmək, araşdırmaq zərurəti meydana çıxır...
Müasir ədəbiyyatşünaslıq elmi özündən əvvəlki tarixi mərhələlərdə yaranmış ədəbiyyatı tədqiq etmə metodlarını araşdırıb saf-çürük etməli, onun qabaqcıl ənənələrindən günün tələbləri baxımından bəhrələnməyi bacarmalıdır.
 Mifoloji nəzəriyyə, mədəni-tarixi metod, müqayisəli-tarixi metod, formal metod, sosioloji metod, strukturalizm və s. bu kimi metodlar tarixi inkişafın müəyyən mərhələlərində ayrı-ayrı dünyagörüşünə malik filosofiar, nəzəriyyəçilər tərəfindən yaradılmış, dünya ədəbiyyatını həmin prinsiplər əsasında araşdırıb qiymətləndirmək meyli özünü göstərmşdir.
Mifoloji nəzəriyyənin yaradıcılan mifologiyanı ədəbiyyat və incəsənətin mənbəyi hesab etmişlər. F. V. Şellinqin və Şlegel qardaşlarının nəzəri-estetik görüşləri mifoloji məktəbin fəlsəfı əsasını təşkil etmişdir. Almaniyada Qrimm qardaşları, V. Şvarts,  İngiltərədə M. Müller, C. Koks, İtaliyada A. De Qubernatis, Fransada M. Breal, Rusiyada A. N. Afanasyev, F. İ. Buslayev, mifoloji nəzəriyyənin görkəmli nümayəndələri olmuşlar. Onlar romantik konsepsiyaya əsaslanmış, yaradıcılıqda mifoloji süjetlərdən, folklor ənənələrindən bəhrələnməyi ən düzgün yol hesab et-mişlər.
          Mədəni-tarixi metodun nümayəndələri ədəbiyyatı həyatla, tarixi inkişafla, mühitlə qarşılıqlı əlaqədə öyrənmək prinsipini əsas götürmüşlər. Bu metodun yaradıcısı İ. Herderin XVIII əsrin sonunda irəli sürdüyü "ədəbiyyat və incəsənəti tarixi genetik baxımdan öyrənmə" prinsipini İ. Ten daha da inkişaf etdirmiş, bədii ədəbiyyatın ictimai psixologiyanın inikası əsasında yaranmasını əsaslandırmağa  çalışmışdır.   Mədəni-tarixi  metodun  nümayəndələri coğrafi amillərə - iqlimə, təbiətə, xarakteri formalaşdıran sosial tarixi mühitə, irqə, temperamentə xüsusi əhəmiyyət verməyi zəruri saymışlar. Müqayisəli-tarixi ədəbiyyatşünaslığın formalaşmasında mədəni-tarixi metodun böyük rolu və əhəmiyyəti danılmazdır. Bu tarixi metodun vətəni Almaniya və Fransa olmuşdur.
Müqayisəli-tarixi metod  hər hansı bir xalqın ədəbiyyatını digər xalqların ədəbiyyatı ilə müqayisə zəminində araşdırıb təhlii etmək prinsipini əsas götürürdü. Bu prinsip dünya xalqlarının ədəbiyyatının oxşar və fərqli cəhətlərini müəyyənləşdirməyə zəmin yaradır, ədəbiyyatın bəşəri dəyərlər istiqamətində inkişafına təkan verən amilə çevrilirdi. İndinin özündə də qarşılıqlı ədəbi əlaqələrin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir və xalqların bir-birinə yaxınlaşmasına şərait yaradır.
Nəinki ədəbiyyatşünaslıqda, eləcə də tarixdə, sosiologiyada, dilçilikdə, etnoqrafiyada, psixologiyada, hüquqşünaslıqda müqayisəli-tarixi metod mühüm əhəmiyyət kəsb edir.
Formal metod. Ədəbiyyatın qanunauyğunluqlarını öyrənərkən məzmuna etinasız yanaşıb, bədii formaya üstünlük vermək formal metodun başlıca prinsipidir. "Sənət sənət üçündür", "xalis incəsənət" uğrunda şüarı formalizmin mahiyyətini başa düşməyə kömək edir. Formal metodun nümayəndələri bədii yaradıcılıqda cəmiyyətin, həyatın inkişaf qanunauyğunluqlarının, sosial mühitin, sənətkarın dünyagörüşünün rolunu inkar edirdilər.
Əlbəttə, bədii əsərin forması, onun sənətkariıq xüsusiyyətləri olduqca mühüm əhəmiyyət kəsb edir. Ancaq bütün bunlar əsərin əsas məzmununun ifadəsinə yardımçı olmalıdır.
Sosioloji metod isə ədəbiyyata, sənət əsərlərinə yalnız sinfı nöqteyi-nəzərdən qiymət verməyi tələb edirdi. Onun nümayəndələri hesab edirdilər ki, sosial mühit hər şeyi həll edir, sənətkar, onun dünyagörüşü, fəal həyat mövqeyi bədii yaradıcılıqda o qədər də önəmli rol oynamır.
Strukturalizm. XX əsrin birinci yarısında yaranan strukturalizmin bünövrəsini Praqa məktəbinin nümayəndələri qoymuşlar.
Göründüyü kimi, ədəbiyyatı, incəsənəti müxtəlif metodlarla, prinsiplərlə öyrənmə meyli təsadüfı xarakter daşımamışdır. Əlbəttə, bu metodların hərəsinin özünəməxsus məziyyət və nöqsanları vardır. Onların hamısının ən yaxşı cəhətlərindən bəhrələnmək ancaq ümumi işin xeyrinə ola bilərdi. Lakin bu zaman yeni dövr, onun tələbləri, dünya ədəbiyyatının, incəsənətinin ümumi estetik prinsipləri, hər xalqın özünəməxsus milli adət-ənənələri, əxlaqı baxışları, dünyagörüşü mütləq nəzərə alınmalıdır. Dövrün, zamanın tələbi ilə yaranan, xalqımızın əxlaqi görüşlərini, psixologiyasını, təfəkkür tərzini özündə cəmləşdirən yeni milli metodologiya ədəbiyyat tariximizi yeni istiqamətdə araşdırmağa, qəhrəmanların hərəkət və davranışlarına müsir baxımdan qiymət verməyə şərait yaradır, tədqiqatçıya yeni istiqamət verir. Müasir mərhələdə bəşər sivilizasiyasının, əsrlərin sınğından çıxmış bütün nəzəri estetik prinsiplərindən xalqımızın, dövlətimizin maraqları istiqamətində istifadə etmək zərurəti meydana gəlir.
Müasir dövrümüzdə nəzəri prinsiplərin hamısından yaradıcı şəkildə bəhrələnməyin rolu olduqca vacibdir. Dünya ədəbiyyatı və incəsənətinin ən gözəl, xarakterik nümunələri əsasında formalaşan estetik prinsiplərin, ədəbiyyat nəzəriyyəsinin metodoloji əhəmiyyəti böyükdür. Bu prinsiplər əvəzsiz bədiilik meyarları kimi müasir əsərlərə qiymət verərkən indi də tədqiqatçıya nəzəri-estetik istiqamət verir, onun yardımçısına, məsləhətçisinə çevrilir.
İndi "imzalar içində imzası" olan, bayraqlar içində bayrağı dalğalanan ölkəmiz yeni demokratik yaşayış prinsipləri əsasında öz inkişafını davam etdirir ki, bu da yeni metodologiyanın formalaşmasına zəmin yaradan mühüm amilə çevrilmişdir.
Hazırki dövrdə milli-mənəvi, dini və bəşəri dəyərlərin nəzərə alınması bədii və elmi yaradıcılığın istiqamətini müəyyənləşdirən ən vacib amillərdən birinə çevrilmişdir. Yeni milli metodologiya ədəbiyyatşünaslıq elmimizin də yeni istiqamətdə inkişafına şərait yaratmışdır.

ƏDƏBİYYATIN TƏRBİYƏVİ ƏHƏMİYYƏTİ. "Ədəbiyyat" — "ədəb", "mərifət" sözündən götürülmüşdür. Onun birinci vəzifəsi insanı tərbiyə etməkdir. İnsanın başqalarına münasibətində, dünyagörüşünün inkişaf edib formalaşmasında, özünü dərk etməsində, ləyaqətli vətəndaş kimi tərbiyə olunmasında bədii ədəbiyyat mühüm bir vasitədir. Oxucu bədii əsərdə müxtəlif insan surətləri ilə, demək olar ki, ünsiyyətdə olur, pislərin də, yaxşıların da işindən nəticə çıxarır, ibrət götürür. Qədim yunan filosofu Aristotel yazır: "Madam ki, təqlidçilər (yazıçılar)... hərəkət və fəaliyyət adamlarını təqlid edirlər, bu adamlar isə mütləq yaxşı, ya pis olurlar (zira xarakter, demək olar ki, həmişə bunlardan birinə meyl edir və xaraktercə insanlar ya qəbahətlərinə, ya xeyirxahlıqlarına görə seçilirlər), deməli, ya özümüzdən yaxşılarını, ya pislərini, ya da ki, elə özümüz kimilərini təqlid etmək lazım gəlir". Aristotelin belə bir sözü də var: "...bilik qazanmaq nəinki filosoflar, eyni dərəcədə başqa adamlar üçün də olduqca xoşdur".
Xacə Nəsirəddin Tusi "Əxlaqi-Nasiri" əsərində yazır:
"Ünsiyyət və əlaqə o zaman baş tutar ki, insan nəyin nizama aparıb çıxaracağını, nəyin pozğunluğa səbəb olacağını, hər kəslə tək-tək necə davranmaq lazım olduğunu öyrədən elmi yaxşı bilsin, bu ictimaiyyət elmidir. Deməli, hamı elmi öyrənməyə səy etməlidir ki, fəzilət sahibi olmağı bacarsın; əks haida rəftar və davranışda səhvlərə yoi verər"...
N. Tusidən gətirilən fikir baxımından Nizami Gəncəvinin əsərlərindəki surətlərin davranışlarının müqayisəsində insanların rəftarlarının, münasibətinin nəticələri oxucuya təsirsiz qalmır. Oxucu ya ondan (məsələn, Fərhaddan, Şirindən) nümunə götürür, ya da onun (məsələn, Şiruyyənin) pis əməllərinə, xoşagəlməz hərəkətlərinə nifrət edir, öz davranışında ona yol vermək istəmir. Bir sözlə, xarakterini bu və ya başqa ədəbi qəhrəmanın nümunəsində tərbiyə edir. Ədəbiyyat oxucunu düşündürür, onun həssaslığını artırır, qəlbini incələşdirir, ona nəcib sifətlər aşılayır, daxili qüvvə verir, həyata səsləyir, ümumiyyətlə desək, onda yeni mənəvi keyfiyyətiərin yaranmasına səbəb olur. Ədəbiyyat oxucuda vətənpərvərlik hisslərini güciəndirir. "Vətəni sevməyən insan olmaz, Olsa, ol şəxsdə vicdan olmaz" (A.Səhhət); "Bilsin ana torpaq, eşitsin vətən, Müsəlləh əsgərəm mən də bu gündən" (S.Vurğun) kimi ifadələr vətənpərvərlik anlayışının məzmununu yaxşı şərh edir. Ədəbiyyat adamda əməyə məhəbbət hissi oyadır. Əmək adamlarının ümumiləşdirilmiş obrazlarının (Fərhad, Sarvan, Usta Ramazan və b.) şəxsində ən yaxşı nümunələr nəzərdə canlanır. Bu obrazların yaratdığı əmək xariqələri adamı gərgin fəaliyyətə, ictimai-faydalı işə təhrik edir.

1 yorum: